27 avqust 2010 16:47
Mişel PRÜDOMM: Cavadov Twente`nin oyunçusudur
Hollandiyanın "Twente" klubunun baş məşqçisi Mişel Prüdomm azerisport.az saytının bir neçə sulaına cavab verdi.
Azərbaycan futbol azərkeşləri "Twente"-nin hücumçusu Vaqif Cavadovun gələcək taleyi çox maraqlandırır. O komandada qalacaqmı?
Cavadov yaxşı oyunçudur, yoldaşlıq görüşlərində o çox əzmkarcasına çalışırdı. Son vaxtlar mənə bu sualı tez-tez verirlər. Mənim cavabım isə birdi – Cavadov"Twente"-nin oyunçusudur.
Bu aydındır. Lakin hansı müddətə qədər?
Mən bildiyimə görə, onu transferə çıxardan olmayıb. Əgər o özü getmək istəyirsə – bu başqa məsələ. Bu cür məsələləri Vaqif komandanın məşqçilər korpusu yox, klub rəhbərliyi səviyyəsində həll etməlidir.
Bəs onda nəyə görə Vaqif əsas heyətə düşmür?
Əsas heyətdə cəmi 11 nəfər oynaya bilər. Komandada olan bütün futbolçuları oyuna buraxa bilmərəmki. Vaqifdən heç kəs imtina etməyib. Sadəcə olaraq, hansı oyunçu ehtiyata düşür və artıq oradan əsas heyətə vəsiqə qazanır. Bu normal bir haldır. Heç bir faciə burada yoxdur.
Sizin Cavadovla probleminiz olub?
Futbolçu ilə məşqçi arasında nə problem ola bilər? Hər şey aramızda normaldı. Sadəcə hələ ki o əsas heyətdə oynamır. Hesab edirəm ki, ona müəyyən vaxt lazımdır.
Hollandiya mətbuatı məlumat yaymışdır ki, "Twente" Vaqiflə müqaviləni pozdu.
Şəxsən mənim bundan xəbərim yoxdur. Onun komandadaki vəziyyəti yaxın günlərdə müzakirə olunacaq. Lakin mən Vaqifdən imtina etməmişəm.
