27 avqust 2010 17:29
İnter və Qarabağ`ı məyus edən komandaların rəqibləri müəyyənləşdi
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycanın "İnter" komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində dayandıarn Polşanın "Lech" klubu qrupda "Juventus", "Manchester City" və "Salsburg" komandaları ilə qarşılaşacaq. Ağdamın "Qarabağ"-ını məyus edən Almaniyanın "Borussia" (Dortmund) klubu isə "Sevilla", "Paris Saint-Germain" və "Bakı"-nın keçmiş hücumçusu Vilyam Roşa Baptistanın çıxış etdiyi "Karpatı" komandaları ilə bir qrupda yer alıb.
