27 avqust 2010 12:36
Nuri Şahin: Komandanız sona qədər oynayırdı
Almaniyanın "Borussia" (Dortmund) klubunun yarımmüdafiəçisi Nuri ŞahinAvropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə cavab oyunundan sonra (1:0) azerisport.az saytına öz fikirlərini bildirdi.
"Komandanız sona qədər oynayırdı. Çox yaxşı mübarizə aparırdı. Hesab edirdim ki, stadionda anşlaq olacaq. Lakin boş yerlə çox idi. Ümid edirəm ki, oktyabrda Türkiyə yığmasının heyətində bu stadiona qayıdanda tamaşaçıların sayı bundan artıq olacaq", - Şahin dedi.
