28 avqust 2010 13:40
Arif ƏSƏDOV: Berti Foqts düzgün qərar verdi
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibə verdi.
Azərbaycan millisinin son toplanışında futbolçuların əksəriyyəti məhz sizin komandanızı təmsil edirdi. Sonradan millinin baş məşqçisi Berti Foqts oyunçuları fiziki hazırlığından narazılığını bildirdi.
Fiziki cəhətdən oyunçularım yaxşı hazırdı. Bizim fiziki hazırlıq üzrə məşqçimiz var. Mövsümün əvvəlində oyunçuların hamısı normativləri təhvil verdi. Mən futbolçularımın hazırlığına cavab verirəm. Bizim belə problemlərimiz yoxdur. Hətta çempionatın ilk üç oyunu göstərdi ki, fiziki cəhətdən hər şey qaydasındadır.
Foqtsun sözlərinə görə, o hələ də başa düşə bilmir nəyə görə klublarda məşqlər gündə ancaq bir dəfə keçirilir.
Hər həftənin öz hazırlıq planı var. Elə olur ki, biz həftədə iki dəfə məşq edirik. Əgər oyundan sonra növbəti görüşə, misal üçün, beş gün qalırsa, biz futbolçulara istirahət veririk və bərpa prosesini aparırıq. Heyətdə 25 oyunçu var və əgər onlardan kimsə oyunun iştirak ərizəsinə düşmür, o zaman o görüş günü də məşq edir.
Buna baxmayaraq oyunçularınızdan biri – Cavid İmamverdiyev – heyətdən məhz fiziki hazırlığı zəif olduğundan kənarlaşdırıldı.
Onun fiziki göstəricilər ən yaxşılarından biridi. Mənə bildirdilər ki, kənarlaşdırılmanın səbəbi isə məşqə gecikməsi ilə bağlı idi. Bunu futbolçu özü mənə dedi. Amma Cavid məşqlərdə tam olaraq güc sərf etmir.
Bunu necə qəbul etdiniz? Bu ki komandanızın oyunçusudur.
Klubu Azərbaycan millisində təmsil edən hər bir futbolçu bizim üçün vacibdir. Və əgər kimsə məşqlərdə zəif təsir bağışlayırsa bu bizim üçün qəbuledilməzdi. Biz ona qarşı cərimə tətbiq etdik və ehtiyata göndərdik. O, "İnter"-lə oyunda iştirak etməyəcək. Berti Foqts düzgün qərar verdi.
Həftənin sonunda komandanız "İnter"-lə qarşılaşaraq Azərbaycan çempionatında birinci yeri qorumağa çalışacaq.
Hər iki komanda liderlər qrupunda. Hər ikisi qələbə istəyir – bu da normal bir haldır. "Neftçi" 4-cü turdan sonra da liderliyi qoruyub saxlamaq istəyir. Lakin bunu etmək asan olmayacaq.
Nəzər alsaq ki, görüş qonaq meydançasında baş tutacaq, sizi hansı nəticə qane edər?
Bakıdan kənara getmirik. Buna görə də bu oyuna səfərdə keçirilən görüş demək bir az çətindir. Ümumiyyətlə səfər oyunları Azərbyacanda bizim üçün olmamalıdır. Əgər biz ən yaxşı komanda olmaq istəyiriksə, o zaman hər bir rəqibi həm evdə, həm də səfərdə məğlub etmək lazımdır.
Keçən mövsüm komandada səviyyəli hücumçu tapılmırdısa, indi isə hər şey əksinədir.
Nə qədər çox oyunçu varsa o qədər də rəqabət güclüdür. Əgər əsas heyətin oyunçusu hiss etsəki onun mövqeyinə rəqabət yoxdur, o zaman o arxayınlaşa bilər, bu isə bütün komandaya ziyandır. Bunu nəzərə alaraq, biz məhz hücum xəttini gücləndirməyə üstünlük verdik.
