28 avqust 2010 21:07
Almir Hurtiç: Bu cür komandaya qarşı oynamaq çox çətindir
Azərbaycan Premyer-liqasının 4-cü turunda Gəncə şəhərinin eyniadlı komandası Salyanda yerli "Muğan" klubunun qonağı oldu. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandaların baş məşqçiləri görüş haqqında öz fikirləri ilə bölüşdülər.
"Komanda verilən tapşırıqları tam yerinə yetirdi. Havanın isti olmasına baxmayaraq futbolçularım oyun boyu dayanmadılar, meydanın hər yerində mübarizə apardılar", -"Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov bildirdi.
"Bu gün oyunumuzun 30%-ni göstərə bildik. Rəqib 6-7 futbolçu ilə müdafiə olunaraq, əks-hücum taktikası seçmişdi. Bu cür komandaya qarşı oynamaq çox çətindir. "Gəncə" klubunu 1 xal qazanması münasibəti ilə təbrik edirəm. Artıq bu oyunu unudub növbəti oyuna hazırlaşacağıq", - "Muğan" klubunun çalışdırıcısı Almir Hurtiçdedi.
