28 avqust 2010 21:12
Cokiça Haciyevski: Yarımmüdafiə məni qane etmədi
Azərbaycan çempionatının 4-cü turunda "Simurq" doğma meydanda Tovuzun "Turan" klubunu qəbul etdi. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdən sonra "Simurq"-un baş məşqçisiCokiça Haciyevski öz fikirləri ilə bölüşdü.
"Komandanın yarımmüdafiə xəttinin oyunu məni qane etmədi. Futbolçularımız fiziki cəhətdən üstün olsalar da, mübarizədə rəqibə uduzurdular. "Turan" komandasını 1 xal qazandığı üçün təbrik edirəm", -Haciyevski dedi.
