28 avqust 2010 21:23
Sakit Alıyev: Bu ən yaxşı oyun idi
Azərbaycan çempionatının 4-cü turunda "Simurq" doğma meydanda Tovuzun "Turan" klubunu qəbul etdi. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdən sonra "Turan"-nın baş məşqçisi Sakit Alıyev oyun haqqında öz fikirlərini bildirdi.
"Bu gün qarşılaşan hər iki komanda heyətdə əsasən gənc yerli oyunçulara üstünlük verir. Fikrimcə keçirdiyimiz 4 oyundan ən yaxşısını bu gün oynadıq. Komandamdan razı qaldım. Futbolçularıma təşəkkürümü bildirirəm", - Alıyev dedi.
