28 avqust 2010 12:19
Daha bir Arsenal`ın əfsanəsi Azərbaycana gəlir
İngiltərənin "Arsenal" klubunun keçmiş müdafiəçisi Li Dikson bildirdi ki, o Azərbaycana gəlmək niyyətində. Azerisport.az xəbər verir ki, o buraya "Qəbələ"-nin baş məşqçisi Toni Adamsla görüşmək üçün gəlir.
"Baxmayaraq ki, Toni Adamsın komandası ilk üç turda məğlub olub, mən oktyabrda Azərbaycana səfər etmək niyyətindəyəm. Bu cür nəticələr müasir futbolda çətin bağışlanır. Lakin ümid edirəm ki, o komandanın heyətində ən azı bir ayda qalacaq", - Dikson bildirdi.
Mənbə: The Independent
