28 avqust 2010 00:22
Türkiyə heyətini açıqladı
Türkiyənin futbol üzrə yığmasının baş məşqçisi Qus Hiddink Qazaxstan (3 sentyabr) və Belçika (7 sentyabr) milliləri ilə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara komandasının heyətini açıqladı. Azerisport.az xəbər verir ki, heyətdə yer alan futbolçular bunlardı:
Qapıçılar: Hakan Arıkan ("Beşiktaş"), Onur Recep Kıvrak ("Trabzonspor"), Sinan Bolat ("Standar", Belçika)
Müdafiəçilər: Gökhan Gönül ("Fenerbahçe"), Səbri Sarıoğlu, Gökhan Zan, Hakan Balta (hamısı "Galatasaray"), Ömer Erdoğan ("Bursaspor"), İbrahim Toraman, İsmayıl Koybaşı (hər ikisi "Beşiktaş");
Yarımmüdafiəçilər: Həmit Altıntop ("Bayern Münich", Almaniya), Kazım Kazım, Səlçuk Şahin, Emre Belezoğlu, Özər Xurmacı (hamısı "Fenerbahçe"), Məhmət Aurelio ("Beşiktaş"), Nuri Şahin ("Borussia" D, Almaniya), Selçuk İnan ("Trabzonspor"), Arda Turan ("Galatasaray");
Hücumçular: Tuncay Şanlı ("Stoke City", İngiltərə), Səmih Şəntürk ("Fenerbahçe"), Sərcan Yıldırım ("Bursaspor"), Nihat Kahveci ("Beşiktaş"), Xəlil Altıntop ("Eintracht", Almaniya).
Xatırladaq ki, Türkiyə yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alıb.
