28 avqust 2010 12:59
Zeynal Məmmədov: Vaqif Bakı`da oynmağa razılıq verdi
Azərbaycan yığmasının və Hollandiyanın "Twente" klubunun futbolçusu Vaqif Cavadov "Bakı" komandasına keçməyə razıdır. Bu barədə azerisport.az saytına klubun funksioneri Zeynal Məmmədov bildirdi. "Hər şey yaxın günlərdə həll olunmalıdır. Transfer pəncərəsinin bağlanılmasına kimi bu məsələ həll olunacaq. Lakin, hələ ki dəqiq müəyyən deyil Vaqif icarə əsəsında oynayacaq yoxsa tam olaraq heyətimizə keçəcək. Vaqif özü də bizdə oynamağa razıdır. Yeganə məsələ qalıb bu da ki "Twente" rəhbərliyinin qərarı" , - Məmmədov dedi.
