29 avqust 2010 16:17
Rəşad Sadıqov Ankaradan olan kluba keçə bilər
Azerisport.az məlumat vermişdir ki, Azərbaycanın futbol üzrə yığma komandasının kapitanı və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov hal hazırda Türkiyədədir. Futbolçu özü hansı kluba keçdiyini açıqlamasa da, bu "Ankaragücü" komandası ola bilər. Məlumdur ki, bir neçə ay bundan əvvəl həmin klub Rəşada təklif irəli sürmüşdür, lakin müdafiəçi "Qarabağ"-a lazım olduğunu bildirərək, danışığlardan imtina etdi. Ancaq indi avromövsümün oyunları başa çatdı və təcrübəli müdafiəçi Türkiyə Superliqasına qayıda bilər.
