29 avqust 2010 16:28
Subaşıç Azərbaycana qayıtdı
Azərbaycanın futbol üzrə milli komandasının sabiq hücumçusu Branimir Subaşıç Azərbaycana qayıtdı. Azerisport.az xəbər verir ki, futbolçu Toni Adamsın rəhbərliyi altında "Qəbələ" komandasında çıxış edəcək. Serbiyalı milliləşdirilmiş oyunçu komanda ilə birillik müqavilə imzalayacaq.
