29 avqust 2010 18:46
İbrahimoviç Barcelona`nı tərk etdi
İtaliyanın "Milan" klubu İspaniyanın "Barcelona" və İsveç milli komadasının hücumçusu Zlatan İbrahimoviçi aldı. Azerisport.az xəbər verir ki, milanlılar futbolçunu pulsuz əldə etdilər, lakin onun maaşını tam olaraq özləri verəcək. İbra komanda ilə 4-illik müqaviləni bu gün tibbi müayinədən keçəndən sonra imzalayacaq.
"Rossonerinin" rəsmi saytına istinadən məlumat verilir ki, klublar arasındaki olan razılaşmaya əsasən, "Milan" oyunçuya olan bütün hüquqları 2010/11 mövsümün sonunda 24 milyon avroya ala biləcək.
