29 avqust 2010 18:56
MOİK Qəbələ ilə oyunu davam etdirmək istəmir
Azərbaycanın MOİK klubu "Qəbələ" ilə 4-cü turun çərçivəsində keçirilən oyunun ikinci hissəsinə çıxmaq istəmir. Azerisport.az xəbər verir ki, bu qəbəlilərin qapıçısı Pavel Doroşevslə toqquşub halını itirən Nicat Tağıyevin səhhəti ilə bağlıdır. Toqquşmadan sonra oyunçu vəfat edə bilərdi, lakin həkimlərin səyi nəticəsində bu baş vermədi və futbolçunu xəstaxanaya apardılar. Bu səbəbdən "hərbiçilər" psixoloji durumları sarsılmışdır. "Qəbələ" komandası həmçinin bunu nəzərə alaraq oyunu təxirə salmaq təklifini irəli sürdü, lakin oyunun baş hakimi Əfqan Həmzəyev görüşün davam etdirilməsində təkid edir. "Görüş ölüm baş verdiyi halda təxirə salına bilər", - o dedi. İlk hissə isə 0:0 hesabı ilə bitdi.
