29 avqust 2010 21:06
Rəşad Sadıqov Eskişehirspor`la müqavilə imzaladı
Azərbaycan millisinin kapitanın Rəşad Sadıqov karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az saytının əldə etdiyi məlumata görə Sadıqov "Eskişehirspor" klubunda çıxış edəcək. 28-yaşlı müdafiəçi klubla ikiillik müqavilə imzaladı. Qeyd edək ki, bu gün axşam "Eskişehirspor" "Galatasaray"-la oynayacaq, Sadıqov həmi görüşü tribunalardan seyr edəcək.
