29 avqust 2010 21:57
Nicat Tağıyevin vəziyyəti qənaətbəxşdir
Azərbaycan çempionatının 4-cü turu çərçivəsində "Qəbələ" ilə oyunda ciddi zədə alan MOİK klubunun hücumçusu Nicat Tağıyevin vəziyyəti qənaətbəxşdir. Azerisport.az PFL-ın rəsmi saytın istinadən xəbər verir ki, MOİK klubunun baş məşqçisi Ramil Əliyevin verdiyi məlumata görə, gənc futbolçu Qəbələ şəhər xəstəxanasında həkim nəzarətində müalicəsini davam etdirir. "Nicatın vəziyyəti artıq yaxşılaşıb, tezliklə sağalacağına və yaxın günlərdə yenidən məşqlərə başlayacağına ümid edirəm".
Xatırladaq ki, Nicat Tağıyev "Qəbələ" klubunun qapıçısı Pavels Dorosevslə mübarizədə boğazında ciddi zədə alaraq əvəzlənmişdi.
