29 avqust 2010 22:04
Toni Adams: Çətin oyun oldu
Azərbaycan Premyer-liqasının 4-cü turunda "Qəbələ" doğma meydanda MOİK klubu ilə qarşılaşıb. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisləri görüş barəsində öz fikirlərini bildirdilər.
"Ardıcıl iki məğlubiyyətdən sonra bu oyunda qələbə qazanmaq istəyirdik. Meydana 3 xal üçün çıxmışdıq. Lakin oyunun başlanğıcında Nicat Tağıyevin zədələnməsi bizə çox pis təsir etdi. Komandada psixoloji gərginlik yarandı. Buna baxmayaraq, oyunu heç-heçə başa vurduq, fikrimcə biz bu oyunda 1 xala layiq idik", - MOİK klubunun baş məşqçisiRamil Əliyevdedi.
"Çətin oyun oldu. MOİK yaxşı təşkil olunmuş komandadır. Hətta "Qarabağ" və "İnter"-lə oyunlarda heç-heçə də oynaya bilərdilər. Mən komandanın bütün üzvlərini yoxlayıram, hamısına şans verirəm. "Bakı" və MOİK-ə qarşı iki fərqli oyun oynadıq. Çünki "Bakı" bizə hücum futbolu təklif etdi, MOİK isə müdafiədən oynadı", - "Qəbələ" klubunun çalışdırıcısı Toni Adamsbildirdi.
