29 avqust 2010 22:18
Yığmamız Almaniyaya qarşı heyətini açıqladı
Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Berti Foqts komandanın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçiriləcək oyuna (7 sentyabr) heyətini açıqladı. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız toplanışını avqustun 30-da əvvəlcə Rust şəhərində, sonra isə Kölndə keçirəcək.
Qapıçılar: Fərhad Vəliyev ("Qarabağ"), Kamran Ağayev ("Xəzər-Lənkəran"), Səlahət Ağayev ("İnter");
Müdafiəçilər: Rəşad Sadıqov ("Eskişehirspor", Türkiyə), Vurğun Hüseynov ("Turan"), Elnur Allahverdiyev ("Xəzər-Lənkəran"), Saşa Yunisoğlu ("Qəbələ"), Ruslan Abışov ("Neftçi"), Samir Abbasov ("İnter"), Maksim Medvedev ("Qarabağ"), Rail Məlikov ("Neftçi"), Volodimir Levin ("İnter");
Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qarabağ"), Aleksandr Çertoqanov ("İnter"), Rahid Əmirquliyev ("Xəzər-Lənkəran"), Mahir Şükürov ("Anjı", Rusiya), Amit Quluzadə ("Neftçi"), Araz Abdullayev ("Neftçi");
Hücumçular: Rauf Əliyev ("Qarabağ"), Vaqif Cavadov ("Twente", Hollandiya), Vüqar Nadirov ("Qarabağ"), Fabio Luis Ramim ("Bakı").
Həmiçinin qeyd olunur ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Azərbaycan – Albaniya oyunundan sonra Cavid Hüseynov və Elvin Məmmədovun Azərbaycan milli komandasının heyətinə dəvət olunması nəzərdə tutulub.
