29 avqust 2010 00:01
Rəşad Sadıqov Türkiyə klubuna keçə bilər
Azərbaycanın futbol üzrə milli komandasının kapitanı və Ağdamın "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov Türkiyəyə yollandı. Azerisport.az xəbər verir ki, hal hazırda 28-yaşlı futbolçu türk komandasının bazasındadır və orada rəhbərliylə danışığlar aparır. Sadıqovun mümkün komandasının adı açıqlanmır. Oyunçunun gələcək taleyi bu yaxınlarda həll olunacaq.
