29 avqust 2010 00:07
Qvardiola İbrahimoviçdən imtina etdi
İspaniyanın "Barcelona" klubunun baş məşqçisi Xosep Qvardiola İspaniya çempionatının ilk turun "Racing"-lə oyuna hücumçu Zlatan İbrahimoviçi iştirak ərizəsinə salmadı.
"Bu mənim şəxsi qərarımdır. Baş bir vaxtda o komanda ilə yola düşəcəkdi, lakin indiki halda ona əl vurmaq lazım deyil", - azerisport.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Qvardiola dedi.
Onun sözlərinə görə, bəzi məqamlarda o İbrahimoviçə qarşı səhvlər buraxırdı: "Ola bilsin ki, ona başqa cür münasibət göstərməli idim. Lakin mən sakit olmağa və komandamın xeyirinə olan qərarları verməyə çalışırdım".
Həmçinin, bundan əvvəl Sky Sport Italia məlumat yaymışdır ki, İbrahimoviç bu gün İtaliyaya gələrək, "Milan" klubuna keçidi ilə bağlı 4-illik müqavilə imzalayacaq. Oyunçunun transferi isə 40 milyon avro təşkil edəcək. Həmin pul müqavilə müddəti ərzində hər il hissə-hissə ödəniləcək.
