30 avqust 2010 13:38
Bayern Münich "Kral klubunun" yarımmüdafiəçisini almaq istəyir
Almaniyanın "Bayern Münich" klubu Madridin "Real" komandasının hollandialı futbolçusu Rafael Van der Vartı almaq istəyir. Azerisport.az xəbər verir ki, Robbenin zədəsindən sonra rəhbərlik öz diqqətini Van der Varta yönəltdi.
Məlumata görə, transfer yaxın saatlarda baş tuta bilər. Almanlar futbolçuya görə 12 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Van der Vart İspaniya Primerasının ilk turunda "Mallorca" ilə keçirilən oyunda iştirak ərizəsinə daxil edilməmişdir.
