30 avqust 2010 14:06
Kamoranezi Juve`ni alman klubuna dəyişir
İtaliyanın "Juventus" klubunun yarımmüdafiəçisi Mauro Kamoranezi yaxın vaxtda Almaniyanın "Stuttgart" komandasına keçə bilər. Azerisport.az xəbər verir ki, buna alman klubunun idman direktoru Fredi Bobiç işarə etdi.
"Bazar ertəsi biz yeni oyunçunu təqdim edəcəyik. O, Turinin "Juventus" klubundan olacaq", - Bobiç dedi.
Xatırladaq ki, 33-yaşlı yarımmüdafiəçi ilə "Glazgow Ranger" və "Everton" komandaları maraqlanırdı.
