30 avqust 2010 15:35
Qurbanovun komandası qələbə qazandı
Azərbayncalı futbolçu İlqar Qurbanovun çıxış etdiyi "Mersin İdmanyurdu" komandası Türkiyə birinci divizionunda öz ikinci oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Qurbanovun komandası "Tavşanlı Linyitspor"-a 1:0 hesabı ilə qalib gəldi. Qeyd edək ki, Qurbanov meydançaya əsas heyətdə çıxmışdır, lakin ikinci yarıda əvəzləndi.
