30 avqust 2010 16:07
Vaqif Cavadov Bakı`da
"Bakı" futbol klubu Azərbaycan milli komandasının üzvü Vaqif Cavadovu sıralarına qatıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə müqavilə bu gün "Bakı"-nın bazasında imzalanıb.
Tərəflər arasında imzalanan sənədə əsasən, Vaqif Cavadov 1 ilərzində "Bakı" futbol klubunda icarə hüququ ilə oynayacaq. Futbolçunun məxsus olduğu Hollandiyanın "Twente" klubundan müqavilənin qüvvəyə mindiyini təsdiq edən bütün sənədlər artıq "Bakı" futbol klubunun ünvanına daxil olub.
