30 avqust 2010 11:36
Azərbaycan açıq məşq keçirəcək
Azərbaycanın futbol üzrə yığma komandası mətbuat üçün açıq məşq keçirəcək. Azerisport.az AFFA-nın rəmsi saytına istinadən xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Köln şəhərindəki Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının sentyabrın 5-də, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00), oyunun keçiriləcəyi stadionda mətbuat üçün açıq məşqi olacaq.
