30 avqust 2010 12:00
Rəşad Sadıqov: Eskişehirspor`da güclü rəqabət olacaq
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin "Eskişehirspor" komandasına keçidi ilə bağlı azerisport.az saytına danışdı.
"Türkiyədə menecerim var və onun vasitəsi ilə danışığlar aparılırdı. Digər bir variantda var idi, lakin "Eskişehirspor"-u seçdim", - Sadıqov dedi.
"Komanda böyük azərkeş dəstəyinə malikdir. Bunu öz gözlərimlə gördüm. Onlar komandadan axşı oyun tələb edirlər. Həmçinin klubun bazası və şəraitləri ilə tanış oldum. Prezident Rza Çalımbeylə görüşdüm. Lakin "Galatasaray"-la oyundan öncə onu çox "yükləmək" istəmirdim. Müqaviləmi imzaladım və otelə yollandım", - müdafiəçi bildirdi.
Onun sözlərinə görə, baxmayaraq ki, "Kayserispor" və "Kocaelispor" komandalarında o əsas müdafiəçi idi: "Lakin burada asan olmayacaq. Mənim mövqeyimə dörd futbolçu var. Misal üçün, klub İtaliyanın "Genoa" komandasından Diyeqo Anqelonu aldı, lakin o hələ də bir oyunda keçirməyib. Hazır deyil. Bir şeyi dəqiq deyə bilərəm, güclü rəqabət olacaq. Ötən illə müqayisədə heyət daha da güclənib".
