30 avqust 2010 00:10
Mirça Rednik: Nazim Süleymanov çox gözəl komanda qurub
Azərbaycan Premyer-liqasının 4-cüturuna AZAL –"Xəzər-Lənkəran" oyunu ilə yekun vuruldu. Azerisport.az PFL-in rsmi saytına istinadən xəbər verir ki, oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə rəqibin qapısına yola tapan "Xəzər-Lənkəran" turnir cədvəlində zirvəyə şərik oldu - 0:1.
"Rəqibin əvvəlki oyunlarını izləmişdik, AZAL-ı yaxşı təhlil etmişdik. Bu oyunun çətin keçəcəyini bilirdik. AZAL komandası çox yaxşı heyətə malikdir. Nazim Süleymanov çox gözəl komanda qurub. Hesaba gəlincə isə oyun heç-heçə də başa çata bilərdi. Lakin futbolda şans da var, bu gün də şans bizim tərəfimizdə idi. Son dəqiqələrdə fürsətdən istifadə edib qələbə topunu vurduq. Qarşıdakı fasilədən istifadə edərək komandadakı adaptasiyanı yaxşılaşdıracağıq. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzu edirəm", - "Xəzər-Lənkəran" komandasının baş məşqçisiMirça Rednikdedi.
"Oyunda bir səhv buraxdıq, məğlub olduğumuz üçün təəssüflənirəm. Oyun 90 dəqiqə oynanılır, bunu hamı başa düşməlidir. Futbolun gözəlliyi qoldur, oyunda çalışıb qol vurmaq lazımdır. Qarşıda hələ uzun marafon var. "Xəzər-Lənkəran" komandasına uğurlar arzulayıram", - AZAL klubunun çalışdırıcısı Nazim Süleymanovbildirdi.
