30 avqust 2010 00:15
Bayer Münich əsas oyunçusunu itirdi
Almaniyanın "Bayern Münich" klubunun hücumçusu Aryen Robben zədəsini ancaq 2011-ci ildə sağaldacaq. Azerisport.az xəbər verir ki, bunu klubun idman direktoru Kristian Nerlinqer bildirdi.
"Aryenin bu ilin sonuna kimi yaşıl meydançaya qayıdması böyük sual altındadır. Bərpa prosesi qeyri-qənaətbəxş keçir. Robbenə öz formasına qayıdmaq üçün xeyli vaxt lazım olacaq", - Nerlinqer dedi.
Mənbə: Bild
