30 avqust 2010 00:19

Əsl çempion oyunu, amansız mübarizə və "son dəqiqə qolları" – Azərbaycan çempionatının 4-cü turun icmalı

Bu gün Azərbaycan çempionatının 4-cü turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, üç turdan sonra dördhakimiyyətlik yaranmışdır, lakin 4-cü turda məhz həmin dörd komanda bir biri ilə qarşılaşırdı: "İnter" – "Neftçi" və AZAL – "Xəzər-Lənkəran".
 
İlk öncə paytaxt derbisindən başlayaq. "Neftçilərin" azərkeşləri komandadan nəhayət ki razı qala bilər. Üç ildən artıqdır ki, "Neftçi" "İnter"-ə qonaq meydançasında qalib gələ bilmirdi. Lakin bu dəfə "ənənə" qırıldı. Görüşün ilk dəqiqələrindən "Neftçi" oyunu öz əlinə aldı və buraxmaq niyyətində deyildi. Demək olar ki, birinci hissə meydanın "İnter"-ə aid olan hissəsində keçdi. Düzdü, hissənin ilk yarısında təhlükəli vəziyyətlər yaranmırdı. Lakin sonradan Bahodir Nəsimov "bankirlərin" müdafiəsini yararaq topu boş qapıya göndərə bilmədi. Onun ardınca isə Denis Silva zərbə endirdi, amma bu dəfə Qiorqi Lomaya qapısını toxunulmaz saxladı. Lakin Nəsimov öz istəyinə 33-cü dəqiqədə çatdı – 0:1. İkinci hissə başlayan kimi hakim "İnter"-in qapısına 11-metrlik nöqtəni göstərdi. Topa Flavinyo yaxınlaşdı, zərbə və hesab artıq 0:2 qonaqların xeyirinə. "Neftçi" öz inamlı oyunu ilə göstərdi ki, hal hazırda çempionluqa real namizəddir. Komanda sürətli, dinamik və hücuma meylli oyun sərgiləyir. Bu cür futbol sadə azərkeşi ancaq sevindirə bilər. Əsas odur ki, "Neftçi" bu futbolunu itirməsin, əksinə, daha da yaxşılaşdırsın. "İnter" isə... "İnter" isə məğlubiyyətin səbəbini tapdı. Baş məşqçi Kaxaber Sxadadzenin diskvalifikasiyası ona gətirib çixartdı ki, komanda öz oyununu göstərə bilmədi. Buna artıq heç bir söz əlavə etmək alınmır.
 
Zaqatalada yerli "Simurq" Tovuzun "Turan" komandasını qəbul etdi. Komandaları bu görüşdə müqayisə etsək, onda oyunun 80% "Simurq"-un, 20% isə "Turan"-ın idi. Və bu cür total üstnlüyə baxmayaraq, oyun 2:2 hesabı ilə bitdi. Cokiça Haciyevskinin yetirmələri bu oyunda o qədər qol vəziyyəti yaradıblar ki, bunlar iki-üç oyuna bəs edərdi. Təkcə birinci hissədə hesab artıq 3:0 meydan sahiblərin xeyirinə ola bilərdi. Lakin zəif realizasiya öz sözünü növbəti dəfə dedi. Bunun tam əksi olaraq, "Turan" komandası əlinə düşən hər iki imkandan tam yararlandı. Qiorqi Modebadzenin dublu və "Simurq"-un qol imkanlarından yararlana bilməməsi sayəsində tovuzlular bu görüşdə heç-heçəyə nail oldular.
 
Səlyanda isə "Muğan" "Gəncə" ilə qarşılaşdı. İlk dəqiqələrdən meydan sahibləri topa yiyələnmək niyyətində idilər. Və demək olar ki onlar buna nail oldu. Lakin qonaqların qapısı qarşısında o qədər də təhlükə yaranmırdı. Əksinə, hesabı açan komanda "Gəncə" oldu. Sultanovun ötürməsindən sonra Junivan topu çərçivəyə keçirə bilmədi, onun yerinə bunu topa ən tez çatan Zarqarov etdi – 0:1. İkinci hissə də "Muğan"-ın üstünlü ilə başladı. Ancaq bütün səylərə baxmayaraq, top qapı xəttini keçmək istəmirdi: gah qeyri-dəqiq zərbələr, gah qapıçının özü. Bir məqamda isə qapı dirəyi "Muğan"-ın köməyinə gəldi. Oyunun sonu yaxınlaşdıqca Səlyan komandası nədənsə sakitləşdi və yavaş-yavaş "Gəncə" futbolçuları təşəbbüsü əlinə keçirməyə başladılar. Lakin buna baxmayaraq, "Muğan" oyunun 90+2-ci dəqiqəsində Klaudinin zərbəsindən sonra hesabı bərabərləşdirə bildi – 1:1.
 
"Qəbələ" komandası isə öz meydanında MOİK klubunu qəbul edirdi. Toni Adamsın yetirmələri oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələndi. Lakin MOİK çox inamlı müdafiə olunurdu və qapısı qarşısında böyük təhlükənin yaranmasına imkan vermirdi. İlk hissənin ortasında isə "radarların" qapıçıs Pavel Doroşevs MOİK-in hücumçusu Nicat Tağiyevlə toqquşdu. Bundan sonra həkimlər 10 dəqiqədən artıq futbolçu özünə gəlməsi üçün çalışırdılar və buna nail ola bildilər. Tağıyev xəstəxanaya çatdırıldı və indi onun vəziyyəti qənaətbəxşdir. Biz öz növbəmizdə Allahdan ona şəfa diləyirik. Bu xoşa gəlməz insidentdən sonra MOİK və "Qəbələ" oyunu təxirə salınmasını xahiş etdilər, lakin görüşün baş hakimi bildirdi ki, görüş davam etdirilməlidir. Görüş isə "Qəbələ"-nin üstünlüyü ilə davam edirdi. Bir neçə təhlükəli vəziyyətlərin yaranmasına baxmayaraq, futbolçular qonaq komandasının qapısına açar tapa bilmədi. Və oyun 0:0 hesabı ilə başa çatdı. Görünür, "radarlara" hələ bir az da vaxt lazımdır ki, futbolçular bir-birinə öyrəşsin. Buna görə də komandanın oyunu və əldə etdiyi nəticələr haqqında danışmaq bir az tezdir.
 
Və nəhayət turun son oyunu Bakıda AZAL və "Xəzər-Lənkəran" komandaları arasında baş tutdu. Stadiona gələn və oyunu evdən seyr edən tamaşaçılara elə gələ bilərdi ki, XL AZAL-ın qonaqı yox, AZAL XL-in qonaqıdır. Lənkəran azərkeşləri komandalarına səfərdə də böyük dəstək verdi. Bu da XL-ın oyununa da təsir etdi. Yaxşı mənada təsir etdi. Qarşılıqlı hücum şəraitində keçən oyun 92-ci dəqiqəyə kimi qolsuz idi. Düzdü, ilk hissənin əvvəlində lənkəranlıların müdafiəçisi Adrian İordaçi topu qapıya daxil edə bildi, lakin laynsmen oyundan kənar vəziyyəti işarə etdi. Həmiçinin ilk hissədə XL və Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayev zədələndi və onun əvəzinə qapıda Denis Romanovs yer aldı. Ümid edək ki, bu zədə ciddi deyil və Kamran millini irəlidə olan Almaniya ilə görüşdə iştirak edə biləcək. Həmçinin AZAL komandasıda qol vurmağa yaxın idi. Ən çox bunun üçün Zoxair Benuai çalışırdı. İlk yarıda o cəmi bir epizodda yadda qaldı – onun uzaqdan endirdiyi zərbəni Kəmran Ağayev dəf etdi. Lakin ikinci hissədə AZAL-ın futbolçusu bir neçə təhlükəli vəziyyət yaraddı, lakin uğursuz. 86-cı dəqiqədə isə Vüsal Qarayevin qüvvətli zərbəsindən sonra top qapının üst dirəyi ilə görüşdü. 93-cü dəqiqədə isə Beqiri standart vəziyyətdən sonra topu cərimə meydançasına göndərdi. Lakin topa heç kəs toxunmadı və o sakitcə qapıya daxil oldu – 0:1 və XL "Neftçi" ilə xallarını bərabər edir.
 
 

 

 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
4
3
1
0
9-1
10
2
XL
4
3
1
0
4-0
10
3
İnter
4
2
1
1
4-2
7
4
AZAL
4
2
1
1
5-4
7
5
Muğan
4
1
2
1
5-5
5
6
Qarabağ
2
1
1
0
2-1
4
7
MOİK
4
1
1
2
3-4
4
8
Bakı
3
1
0
2
4-5
3
9
Gəncə
3
0
3
0
3-3
3
10
Turan
4
0
2
2
3-7
2
11
Simurq
4
0
2
2
3-9
2
12
Qəbələ
4
0
1
3
1-5
1
 
Bombardirlər:
6 – Nəsimov (Neftçi),
3– Jaba (Bakı)
2 – Yuşka (AZAL), А.Qasımov (MOİK), Mario (İnter), R.Abdullayev (Neftçi), Modebadze (Turan), Sxadadze (Simurq), Beqiri (XL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.