31 avqust 2010 15:04
AFFA Gəncə`nin futbolçusunu cəzalandırdı
AFFA "Gəncə" klubunun futbolçusu Rafael Əmirbəyovu cəzalandırdı. Azerisport.az assosiasiyanın rəsmin saytına istinadən xəbər verir kİ, Azərbaycan Premyer-liqasının 4-cü turunun "Muğan" – "Gəncə" matçının sonunda sonuncuların futbolçusu Rafael Əmirbəyov aqressiv hərəkətə görə (rəqibə ayaqla zərbə) 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur.
