31 avqust 2010 15:47
"Kral klubunun" hücumçusu karyerasını bitirdi
Madridin "Real" və İspaniya milli komandasının keçmiş hücumçusu Fernando Moryentes karyerasını bitirdi. Azerisport.az xəbər verir ki, onun son klubu Fransanın "Marsel" komandası idi.
"Futboldaki 17 ildən sonra mən öz vaxtımı ailəmlə keçirmək istəyirəm", - Moryentes dedi.
Xatırladaq ki, yığmanın heyətində forvard 47 oyun keçirib, 27 qol vurub.
Mənbə: Marca
