31 avqust 2010 17:45
İnter Türkiyəyə yollanır
Azərbaycan çempionatında yaranmış fasilədən istifadə edərək "İnter" klubu Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq. Azerisport.az "bankirlərin" rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyəyə sentyabrın 2-də yola düşəcək və sentyabrın 8-də vətənə qayıdacaq. Təlim-məşq zamanı "İnter" Türkiyənin Superliqasında oynayan komandalarıyla iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sentyabrın 5-də "İnter" "Bucaspor"-la, sentyabrın 7-də isə "Genclerbirligi" ilə qarşılaşacaq.
Xatırladaq ki, təlim-məşq toplanışına milli komandalara çağrılmış futbolçular gedə bilməyəcəklər.
