31 avqust 2010 00:10
Daha bir Makedoniya millisinin oyunçusunu Azərbaycanda (FOTO)
Transfer pəncərəsinin bağlanmasına bir gün qalmış Azərbaycanın "İnter" klubu yeni transferini həyata keçirdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda makedoniyalı dayaq yarımmüdafiəçəsi Filip Despotovsk ilə 1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu komandamıza azad agent statusuyla keçib. Onun son komandası Ukraynanın "Vorskla" (Poltava) olub. Karyerası ərzində F.Despotovski "Vardar" (Skopye), OFK (Belqrad) və "Etnikos" (Pirey) kimi komandalarda oynayıb.
Qeyd edək ki, müqavilə imzalanmasında dərhal sonra yarımmüdafiəçi Avropa Çempionatı-2012 seçmə turniri çərçivəsində iki qarşılaşma keçirəcək Makedoniya milli komandasının düşərgəsinə yollanıb.
Xatırladaq ki, Makedoniya millisi sentyabrın 3-də Slovakiya, sentyabrın 7-də isə Ermənistan yığmasıyla qarşılaşacaq.
