1 sentyabr 2010 13:18
Löv kapitanla müəyyənləşdi
Avro-2012-nin seçmə mərhələsinin başlanması ərəfəsində Almaniya millisinin baş məşqçisi Yoahim Löv kapitan sarğısı ilə bağlı məsələyə aydınlıq gətirdi. "Hal hazırda dayaq yarımmüdafiəçilərimiz Sami Hedira və Bastian Şvaynştayqerdir. Lakin Mixael Ballak komandaya qayıtsa, kapitan sarğısı ona qayıdacaq. Onun yoxluğunda kapitan sarğısını Filipp Lam daşıyacaq", - azerisport.az xəbər verir ki, bunu Löv bildirdi.
Xatırladaq ki, DÇ-2010-da Ballak zədə səbəbindən iştirak etməyb və buna görə də kapitan rolunu Lam yerinə yetirirdi, lakin sonradan kapitan sarğısı ilə aytılmaq istəmədiyini bildirdi.
Mənbə: Bild
