1 sentyabr 2010 14:18

Qurban QURBANOV: Bu mövsüm çox çətin olacaq

Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibə verdi.

Transfer pəncərəsi bağlandı. "Qarabağ" iştirak ərizəsinə kimi sala bildi.
Heç bir trasnfer etməmişik. Sadəcə bir neçə gənc oyunçunu ehtiyatdan əsas komandaya cəlb olundu.
 
Hansı mövqeyə?
Dayaq yarımmüdafiəçi, vinqerimiz var. Yeganə ciddi transferimiz Devran Ayhandır.
 
"Eskişehirspor"-a keçən Rəşad Sadıqovu kim əvəzləyəcək?
Onun mövqeyində Zaur Həşimov oynayırdı və bununla bağlı problem olmurdu. Həmçinin, bu mövqeydə Samir Abbasovuda yoxlamaq olar.
 
Mövsümün əvvəlində hansısa bir oyunçunu yeni mövqedə yoxlamaq "Qarabağ" üçün problem yaradmaz?
Razıyam. Fasilədən sonraki ilk oyunlarda çətin olacaq. Lakin turdan tura biz artıracayıq.
 
Nəyə görə "Qarabağ" transfer pəncərəsinin son günlərində aktiv deyil idi?
Mərkəz müdafiəçi mövqeyi şübhəlidir. Yani ki, biz pis bildiyimiz futbolçunu bu mövqeyə götürə bilməzdik. Bu məsələdə diqqətli olmaq lazımdır. Sadəcə buna vaxt çatmadı. Hesab edirəm ki, qış mövsümünə kimi indiki oyunçularda bəs edər. Əgər görsək ki, işlər pis gedir, o zaman qışda bir neçə trasnfer həyata keçirəcəyik.
 
Bəs əks halda?
Əks halda, nə var onunla da kifayətlənəcyik. Əfrnala bir yerdə komandada 21 oyunçu var.
 
Ötən mövsümdə turdan tura komandada oyunçu sayı azalırdı. "Qarabağ"-ı zədə epidemiyası təqib edirdi və buna görə də oyunçularla bağlı problemlər var idi. Bu futboldur – zəmanət verə bilərsiniz ki, bu təkrarlanmayacaq?
Siz haqlısız, zəmanət yoxdur. Buna görə də biz qışın gəlişini gözləməliyik. Bu vəziyyətdən çıxış edəcəyik.
 
Vaqif Cavadov icarə əsasında "Bakı"-ya keçdi, lakin "Qarabağ"-la da variant var idi. Futbolçu ilə müqaviləni hansı səbəbdən imzalaya bilmədiniz?
Cavadovu almaq istəyirdik, lakin "Twente" ilə razılığa gələ bilmədik. Bəzi maliyyə şərtləri var idi, o biz təklif etdiyimizdən çox istədi. Buna görə də keçid baş tutmadı.
 
Çempionatı ötən turun oyunlarını izlədiniz?
Bəli. "İnter" – "Neftçi" və AZAL – "Xəzər-Lənkəran" görüşlərini canlı izlədim. Bir də əmin oldum ki, bizi heç də asan oyunlar gözləmir. Bu mövsüm keçən mövsümlə müqayisədə çətin olacaq.
 
Hansı rəqib digərlərdən daha çox təsir bağışladı?
"Neftçi" doğrudanda əla oynadı, iki qol vurdu və xeyli vəziyyətlər yaraddı. "İnter"-in heyətlə bağlı problemləri var idi, lakin bu komanda böyük potensiala malikdir. AZAL – XL oyununda isə mübarizə son dəqiqələrə kimi aparılırdı. Bu da turnirin çətinliyini birdəsübut edir.
 
Sentyabrın 7-də Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq. Bundan öncə isə "Qarabağ" "Borussia" ilə iki görüş keçirmişdir. Bu oyunlar hansı nəticə verdi?
Dortmund komandası ilə görüşlər futbolçularımız üçün böyük bir təcrübə idi. Fikir verdinizsə, səfərdə və evdə keçirilən oyunların arasında böyük fərq var idi. Həmçinin Berti Foqts rəqibi yaxşı tanıyır və lazımlı qaydada onu təhlil edəcək. İnanıram ki, millimizin Kölndəki oyunu, "Qarabağ"-ın Dortmundaki görüşündən uğurlu alınacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.