1 sentyabr 2010 16:22
UEFA vuvuzelaya qadağa qoydu
UEFA vuvuzelanın bu qurumun himayəsi altında keçirilən oyun zamanı istifadəsinə qadağa qoymağa qərar aldı. Azerisport.az xəbər verir ki, təşkilat bütün Avropa futbol federasiyalarından lazımi tədbir görülməsini xahiş etdi.
"CAR-da vuvuzelaların səsi yerli koloritin hissini əlavə edirdi. Lakin Avropada onların istifadəsi məqsədəuyğun deyil. Futbolun sehri meydança və tribunaların arasındaki olan emosiya mübadiləsindədir: o zaman ki, azərkeşlər öz hisslərini futbolçulara çatdıra bilir. UEFA hesab edir ki, vuvuzelaların istifadəsi oyun mühütünü dəyişdirir, azərkeşlərin səsini və hissini batırır və oyundan yayındırır", - UEFA-nın rəsmi saytındaki məlumatda bildirilir.
