1 sentyabr 2010 17:02
Fransalı müdafiəçi rəsmi olaraq Bakı`ya keçdi (FOTO)
Azərbaycanın "Bakı" futbol klubu yay transfer pəncərəsinin son günündə daha bir transfer reaalaşdırdı. Azerisport.az "Bakı"-nın rəsmi saytına istinadən xəbər verir ki, klub 31 yaşlı fransalı müdafiəçi Stefan Barbikonini heyətinə qatdı.
Əldə olunan anlaşmaya görə, Fransanın "Metz" klubunun müdafiəçisi icarə əsasında 1 il müddətində "Bakı" forması geyəcək. Stefan Barbikoni 1999-2006-cı illər ərzində "Metz" klubunun şərəfini qoruyub. Bu illər ərzində 134 dəfə "Metz"in formasını geyən müdafiəçi 12 dəfə rəqib qapılarına yol tapıb.
Barbikoni 2006-2009-cu il mövsümlərində Türkiyənin "Manisaspor" klubunda oynayıb. Qardaş ölkədə 46 oyunda meydana çıxan Barbikoni 2 qola imza atıb.
Barbikoni 2006-2009-cu il mövsümlərində Türkiyənin "Manisaspor" klubunda oynayıb. Qardaş ölkədə 46 oyunda meydana çıxan Barbikoni 2 qola imza atıb.
