1 sentyabr 2010 17:26

Dmitri KRAMARENKO: Yalnız çempionluq gözləyirəm

Azerisport.az saytı Azərbaycanın "İnter" klubuna yeni transfer olunmuş təcrübəli qapıçı Dmitri Kramarenkonun müsahibəsini diqqətinizə çatdırır.

Necə oldu ki, "İnter" komandasına keçdiniz?
Bu, çoxdan planlaşdırılmışdı, mən "Xəzər-Lənkəran"-da oynadığım vaxtda, lakin o zaman klubla qüvvədə olan müqaviləm vardı və bu fakt keçidimi razılaşdırmağa imkan vermirdi. Yayda Ağasəlim Mircavadov istefaya gedəndən sonra yeni məşqçi gəldi və o, özülə Lənkərana vaxtilə Buxarestin "Dinamo" komandasında birlikdə çalışdığı 6-7 futbolçunu, o cümlədən qapıçını gətirdi. O zaman anladım ki, digər klub axtarmalıyam. "İnter"-in nümayəndələrilə görüşdük, müqaviləni müzakirə etdik və müqavilənin bütün maliyyə şərtlərini razılaşdırdıq.
 
"İnter"-ə keçidinizin təşəbbüskarı kim oldu?
"İnter"-in rəhbərliyi və bilavasitə baş məşqçi Kaxaber Sxadadze.
 
Sizin Moskva klublarının birində qapıçılarla məşqçi işləmək təklifiniz vardı...
Bəli, vardı. Gizlətmirəm. Moskvadan təklif almışdım, axı, orada mənim mənzilim, ailəm var. Mən razılaşmaq istəyirdim, ancaq ailəmlə məsləhətləşəndən sonra futbolçu karyeramı davam etdirməyə və "İnter"-ə keçməyə qərar verdim. Nə qədər ki, gücüm var, oynayacağam!
 
Yeni komandaya uyğunlaşma necə keçdi?
Sentyabr ayında 36 yaşım tamam olacaq. Bu yaşda hansı uyğunlaşmadan danışmaq olar? Məni hamı alicənab adam kimi tanıyır. "İnter"-də yaxşı, mehriban kollektiv var.
 
"İnter"-də çoxlarını şəxsən tanıyırsınız...
Bəli, tanıyıram. Camal Məmmədovu, Nizami Hacıyevi, Valeri Abramidzeni tanıyıram. Qiorqi Lomaya yaxşı qapıçıdır. Təbii ki, Kaxaber Sxadadzeni də tanıyıram. Bir də ki, onunla eyni komandada oynamışıq! O zaman mən karyeramın başlanğıcında onunla Moskva "Dinamo"-sunda qarşılaşmışdım. Biz birlikdə 2-3 matç oynadıq, sonra o, Almaniyaya getdi.
 
"İnter"-i necə qiymətləndirirsiniz?
Yalnız çempionluq gözləyirəm. Ümumiyyətlə, çempionatda prinsipial mübarizə olacaq, axı, ilk altılıqdakı komandalar çox ciddi kökləniblər və yalnız birinci yer uğrunda oynayacaqlar. Mən "Neftçi", "Xəzər-Lənkəran", "Bakı" və "Qarabağ" komandalarının oyun səviyyələrində böyük fərq görmürəm. Mehriban və güclü kollektivə malik olan komanda qalib gələcək. Həmin komandanın biz olacağına ümid edirəm.
 
Mənbə: inter.az

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.