1 sentyabr 2010 17:41
Qarabağ`ın təxirə salınmış oyunlarının keçirilmə vaxtı müəyyənləşdi
Azərbaycanın "Qarabağ" klubunun UEFA Avropa Liqasında iştirakı ilə əlaqədar olaraq ölkə çempionatının 2-ci turunun təxirə salınmış "Qarabağ" – "Gəncə" və 4-cü turunun təxirə salınmış "Qarabağ" – "Bakı" oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Gəncə" ilə 22 sentyabrda, ölkə kubokunun son qalibi "Bakı" ilə isə 20 oktyabrda qarşılaşacaq.
