1 sentyabr 2010 12:15
Millimiz alman klubuna məğlub oldu
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Hannover 96" klubunun nəzdindəki U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.
