1 sentyabr 2010 00:19
Milan`ın hücumçusu Roma`ya keçdi
İtaliyanın "Milan" klubunun hücumçusu Marko Borryello karyerasının "Roma" komandasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, müqavilənin şərtləri açıqlanmır. Xatırladaq ki, bu gün futbolçu "Juventus"-un icarə təklifindən imtina etdi.
28-yaşlı futbolçu rossonerinin heyətində 2008-ci ildən çıxış edir. Bu vaxt ərzində o 36 oyun keçirib, 15 qol vurub.
