1 sentyabr 2010 12:31
Fenerbahçe Niqeriya yığmasının kapitanını heyətinə qatdı
İngiltərənin "Everton" və Niqeriya yığmasının müdafiəçisi Yozef Yobo Türkiyənin "Fenerbahçe" komandasına keçdi. Azerisport.az xəbər verir ki, futbolçu bu mövsümü İstanbulda icarə əsasında oynayacaq. 29-yaşlı futbolçu ingislərin əsas heyətində yer itirdiyinə görə klubu tərk etməli oldu. Yobo "Everton"-a 2002-ci ildə Fransanın "Marsel" klubundan gəlib.
Mənbə: AP
