2 sentyabr 2010 14:55
Joze Mourinyo: İniyesta və Forlan "Qızıl topa" layiq deyillər
İspaniyanın "Real" Madrid komandasının baş məşqçisi Joze Mourinyo Avropanın 2009/10 mövsümünün ən yaxşı futbolçusu adına olan namizədlər haqqında öz fikirlərini bildirdi. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hesab etmir ki, "Qızıl topun" sahibi "Barcelona" və İspaniya millisinin yarımmüdafiəçisi Andres İniyesta olmalıdı.
"Nəyə görə İniyesta? DÇ-nin finalında vacib qol vurdu, lakin demək olar ki bütün mövsüm zədəli idi. Diyeq Forlan da "Qızıl topa" layiq deyil. Əlbətdə, DÇ-də o əla oynadı, lakin onun "Athletico"-su Çempionlar Liqasına düşmədi. Amma Uesli Sneyder isə klub səviyyəsində ötən mövsüm hər şey uddu, dünya birinciliyinin finalında oynadı. O "Inter"-in heyətində həmişə əsas rol oyanyıb. Sneyderdan sonra Xavini qeyd edərdim", - Mourinyo dedi.
Mənbə: Marca
