2 sentyabr 2010 15:26
Azərbaycan üçün Kipr təmsiçiləri
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya oyununun hakimləri müəyyən olundu. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Marios Panayi olacaq. Ona Çaralambos Çaralambos, Mixael Hadjinikola və dördüncü hakim Aristides Kristou kömək edəcəklər. Hakimlər briqadası Kiprdəndir. Hakim-inspektor və UEFA nümayəndəsi isə Nathan Bartfelddir (Makedoniya).
