2 sentyabr 2010 15:52
Everton`un yarımmüdafiəçisi İngiltərəni təmsil edə bilməyəcək
"Everton"-un yarımmüdafiəçisi Mikel Arteta İngiltərə yığmasının heyətində çıxış edə bilməyəcək.
28-yaşlı ispaniyalı oyunçu İngiltərə komandasının potensial futbolçusu kimi baxılırdı. Lakin FİFA təsdiq etdi ki, Arteta İngiltərəni beynəlxalq yarışlarda təqdim edə bilməz, çünki o artıq İspaniyanın yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib.
"Bizim FİFA-nın qaydalarını başa düşdüyümüzə görə, bu oyunçu İngiltərə millisinin heyətində çıxış edə bilməyəcək", - İngiltərə Furbol Assosiasiyasının nümayəndəsi BBC-yə bildirdi.
