2 sentyabr 2010 16:53
Alimlər dünya futbolunun ən möhtəşəm qolunun sirrini açıqladılar (FOTO, VİDEO)
Fransalı fiziklər New Journal of Physics nəşrində dünya futbolunda ən möhtəşəm qolların necə vurulması ilə bağlı iş dərc edilib. Azerisport.az xəbər verir ki, söhbət Roberto Karlosun Fransa ilə yoldaşlıq görüşündə 35-metrəlik məsafədən cərimə zərbəsindən vurduğu anlaşılmaz qoldan gedir.
Fransalı fiziklər isə bu qolun fantastik möcüzə olduğunu təkzib etmək istədilər. Onlar hətta tənlikdə çıxatdılar. Alimlər nəticəyə gəldilər ki, braziliyalı futbolçu qravitasiya və burulqanlıqı minimuma endirdi. Topa lazımi enerji və fırlandırıcı qüvvə verərək, bu zərbəni təkrar etmək olar. Lakin ən əsası – qapıya olan məsafə kifayət qədər uzaq olmalıdır ki, top öz istiqamətini tam alsın.
Həmçinin, alimlərin bildirdiyinə görə, maraqlıdır ki, zərbənin trayektoriyası ilbizin qınına bənzəyir. Yəni, top tora ilişməsə idi, o zaman o təəcüb içimdə qalan Fransanın qapıçısı Fabyen Bartezin qabağında öz hərəkətini bitirəcəkdi.
