2 sentyabr 2010 12:00
Juventus əsas ulduzlarını Avropa Liqasının ərizəsinə salmadı
İtaliyanın "Juventus" klubu heyətin əsas oyunçuları sayılan Canluici Buffon, Alberto Akvilani və Fabio Kualiyarrelanı Avropa Liqasına olan iştirak ərizəsinə salmayıb. Azerisport.az xəbər verir ki, Buffon DÇ-2010-da alan zədəsindən hələ də sağalmayıb.
Akvilani və Kuariyarrela isə əvvəl çıxış etdikləri komandaların heyətində göstəriliblər – müvafiq olaraq, "Liverpool" və "Napoli".
Mənbə: France Football
