2 sentyabr 2010 00:04
Bernhard Lippert: Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı nəticə əldə edək
Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gün mətbuat üçün açıq məşqi keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqdən sonra yığmanın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib.
"Hazırlıq plana uyğun şəkildə davam edir. Daha uzunmüddətli təlim-məşq toplanışı keçirmək istərdik, lakin Premyer-liqa oyunları ilə əlaqədar bunu gerçəkləşdirmək mümkün deyil. Komanda oyuna hazırdır. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı nəticə əldə edək", - Lippert dedi.
