2 sentyabr 2010 12:14
Yeni Zelandiya millsinin futbolçusu Azərbaycanın yerinə Türkiyəni seçdi
Türkiyənin "Genclerbirligi" klubu Yeni Zelandiya yığmasının və Avstraliyanın "Gold Coast United" klubunun hücumçusu Şeyn Şmeltslə heyətini gücləndirdi. Azerisport.az xəbər verir ki, 28-yaşlı futbolçu Ankara təmsilçisi ilə 2-illik müqavilə bağladı. Yığmasının heyətində o 33 oyun keçirib, 17 qol vurub, bu toplardan birini də DÇ-2010-da İtaliyanın qapısından keçirib.
Xatırladaq ki, Şmeltslə Azərbaycanın "Bakı" klubu da maraqlanırdı.
Mənbə: footballpress.net
