3 sentyabr 2010 13:05
Vilya Raulu üstələmək istəyir
İspaniyanın futbol üzrə yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Lixteynşteynlə görüşəcək. Azerisport.az xəbər verir ki, ispanların hücumçusu David Vilya bu oyunda qol vursa o zaman o millinin ən yaxşı bombardiri Raulu keçə bilər.
"Barcelona" forvardı yığmanın heyətində 42 qol vurub və Rauldan cəmi iki top geridə qalır.
"İspaniya millisinin ən yaxşı bombardiri ilə rəqabət aparmaq mənim üçün şərəfdir. Ümid edirəm ki, Raulun rekordunu vura bilərəm. Lakin mən bu qolları rekord naminə yox, milli komandaya xeyir gətirdiyi üçün vururam", - Vilya bildirdi.
Mənbə: AS
